Trampın oğlu Wikileaksdəki YAZIŞMALARINI PAYLAŞDI

ABŞ prezidenti Donald Trampın oğlu Trump Jr. Hillari Klintonun e-poçtundakı məlumatları ifşa edən Wikileaks platforması ilə seçki kampaniyası dövründə etdiyi yazışmaları dərc edib.
 
ABŞ prezidenti Donald Trampın böyük oğlu Trump Jr. atasının prezidentlik üçün yarışdığı seçki kampaniyası zamanı Wikileaks ilə Twitter üzərindən apardığı yazışmalarını dərc edib.
Wikileaks platforması, ABŞ-dakı prezident seçki kampaniyası dövründə mühüm rol oynamış və Trampın rəqibi Hillari Klintonun sındırılan e-poçtundakı yazışmaları dərc etdirmişdi.
Donald Tramp Jr. təlatümlü seçki dövründə Wikileaks  vasitəsilə etdiyi yazışmaları “Məhz Konqres komitələrindən birinin sızdırdığı bütün mesajlar" deyərək paylaşıb.
Tramp Jr.-ın nəşr etdirdiyi yazışmaların bir qismi Klintonun seçki kampaniyasındakı nümayəndəsi Con Podestanın e-poçtundakı məlumatların Wikileaks tərəfindən ictimaiyyətə sızdırıldığı dövrə təsadüf edir.
 
YAZIŞMALARDA NƏLƏR YER ALIR?
 
 Yazışmalarda ilk olaraq Wikileaksin Tramp Jr.-a 2016-ci ilin sentyabr ayında Tramp əleyhinə "putintrump" adlı təşəbbüslə bağlı bir sual yönəldir. Tramp Jr.-də bu platformadan xəbərinin olmadığını, amma araşdıracağını deyir və təşəkkür edir.
Bir sonrakı yazışmada Wikileaks, Tramp Jr.-dan Klinton haqqındakı bir xəbərin daha çox adama çatması üçün şərhdə olaraq, ya da paylaşaraq yardım etməsini istəyir. Tramp Jr. da bunu çoxdan etdiyini bildirir və Klinton haqqında "Nələrlə yoluna davam etdiyi inanılmaz" şərhində yer aldığını bildirir. Wikileaks platforması daha sonra Tramp Jr.-a bir link göndərərək onu paylaşmasını istəyir. Tramp Jr. da bunu iki gün sonra edir.
39 yaşlı Trump Jr.-in yaydığı mesajlarda bu nöqtədən sonra Trump Jr.-in başqa bir cavabına rast gəlinmir. Sadəcə, Wikileaksin mesajları yer alır. Bunlardan birində də Tramp Jr.-dan atasının vergi bəyannaməsini Wikileaks ilə bölüşməsi tələb olunur.
Müxalifət.az