Trampın oğlu etiraf etdi: UTANILACAQ BİR VƏZİYYƏTDİR

Baxış sayı:
6454

ABŞ prezidenti Donald Trampın “New York Times” qəzetində, "Tramp rəhbərliyi içindəki müqavimətin bir parçasıyam" başlıqlı anonim məqalədən sonra ətrafına etimadının azaldığı bildirilib.
 
TRAMPIN ƏTRAFINA OLAN ETİMADI AZALIB
 
Trampın oğlu Donald Tramp Jr, ABC kanalına verdiyi açıqlamada, imzasız yazının Ağ Evdə etimad problemi yaratdığını ifadə edib.
Atasının Ağ Evdə ən çox güvəndiyi şəxsin kim olduğu sualına, Trampın böyük oğlu, atasının ətrafına olan etimadının azaldığını bildirərək, "Güvəndiyi şəxslər var, amma istədiyimizdən daha azdır" - deyib.
 
BU, UTANILACAQ BİR VƏZİYYƏTDİR
 
Trampın oğlu, Ağ Evdə bacısı Ivanka Tramp və həyat yoldaşı Jared Kuşnerin də vəzifə tutduğuna diqqət çəkərək, bu şəxslərin atasının güvənəcəyi isimlər olduğunu qeyd edib.
Donald Tramp Jr, "Ətrafındakı hər kəsə bel bağlasaydı işlərin həll edilməsi çox daha asan olardı. Bu utanılacaq bir vəziyyətdir" deyə, söyləyib.
Qeyd edək ki, “New York Times”-da anonim olaraq yayımlanan "Tramp rəhbərliyi içindəki müqavimətin bir parçasıyam" başlıqlı məqaləni qələmə alan adamın, Tramp rəhbərliyindəki yüksək vəzifəli olduğu irəli sürülmüşdü.
Müxalifət.az