Trampın nüvə qərarını açıqlamasına saatlar qalmış İRAN PREZİDENTİNDƏN HƏDƏ: PEŞMAN OLACAQSINIZ

Baxış sayı:
6916

İran prezidenti Həsən Ruhani, ABŞ-ın nüvə sazişini ləğv etməklə peşman olacağını, əgər belə bir şey olsa, İranın bir həftədən az müddətdə buna cavab verəcəyini söyləyib.
 
İran prezidenti Həsən Ruhani, Tehranda Milli Nüvə Texnologiya Günü ilə bağlı bir konfransda etdiyi çıxışında “Bu müqaviləni ilk pozan biz olmayacağıq, amma onu çox yaxşı bilsinlər ki, əgər onu pozsalar bundan peşman olacaqlar" deyib. Ruhani çıxışını belə davam etdirib: "Biz buna onların düşündüklərindən daha yaxşı hazırıq. Əgər bu müqaviləni pozsalar, bir həftədən az bir müddətdə nəticə görəcəklər".
“AP” xəbər agentliyinin son dəqiqə olaraq yaydığı xəbərdə, Ruhani, Trampın müqaviləni ləğv etdiyi təqdirdə bəzi problemlərlə üz-üzə gələcəklərini deyib: "2-3 ay bəzi problemlərlə üzləşməyimiz mümkündür, amma bunu aşacağıq". Ruhani eyni zamanda, dünya ilə işləmək istədiklərini və bütün dünya ilə anlaşmaq istədiklərini, ancaq ola biləcək sanksiyalara qarşı regional proseslərə davam edəcəklərini vurğulayıb.
Müxalifət.az