​Trampın növbəti hədəfi: Tariflərin artırılması və...

Baxış sayı:
5566

“Amazon.com” internet şirkətinə qarşı tənqidi çıxışlarını davam etdirən ABŞ Prezidenti Donald Trampın növbəti hədəfi bu şirkətin yaradıcısı Ceff Bezosa məxsus olan “Vaşinqton Post” qəzeti olub.
Muxalifet.az xəbər verir ki, Ağ Evin sahibi Tvitterdəki mesajında “Vaşinqton Post” qəzetini “Amazon”un “əsas lobbiçisi” adlandırıb. Tramp son iki həftə ərzində şirkəti vergiləri tam ödəmədiyinə, “Amazon”un mallarının daşınması və göndərilməsində ABŞ-ın poçt xidmətinə az ödəniş etdiyinə görə kəskin tənqid edib. ABŞ Prezidenti “Vaşinqton Post”u da Ağ Ev və onun Administrasiyasına qərəzli münasibətə görə dəfələrlə tənqid edib. Bu dəfə onun qəzetin ünvanına etdiyi tənqid Çindən idxal olunan mallara tariflərin artırılması və Pekinin ABŞ-dan idxal etdiyi məhsullara cərimələrin tətbiqi haqqında məqalə ilə bağlıdır.
Tramp Tvitter səhifəsində yazıb: “Amazon”un əsas lobbiçisi olan saxta xəbərlər qəzeti “Vaşinqton Post” daha bir yalan sərlövhə dərc edib”.