Trampın naziri cinsi təcavüzlə ittiham olundu:

Baxış sayı:
7687

ABŞ prezidenti Donald Tramp etdiyi açıqlamada Əmək naziri Aleksandr Acostanın milyarder iş adamı Jeffrey Epsteinə qarşı cinsi təcavüz ittihamı ilə mühakimə olunduğu iddiasına adının qarışdığı üçün vəzifəsindən istefa verdiyini bildirib.
 
Tramp Acostanın bu səhər ona zəng etdiyini və istefasını bildirdiyini bəyan edib. Tramp bu qərarın nazirin öz qərarı olduğunu ifadə edib. Ayrıca Acostaya "Bunu etmək məcburiyyətində deyilsən" dediyini də vurğulayıb. Tramp jurnalistlərə etdiyi açıqlamada, "O yaxşı bir iş naziri idi. Acosta çox yaxşı iş görürdü. Onun üçün darıxacağıq" deyib.
Tramp Acostadan boşalan Əmək naziri vəzifəsini nazir müavini Patrick Pizzellanın yerinə yetirəcəyini bəyan edib.
Qeyd edək ki, Acosta Mayaminin Baş prokurori vəzifəsindəykən 2008-də məşhur milyarder Jeffrey Eipstein ilə etdiyi razılaşma ilə Amerika gündəminə gələrək böyük təpkiyə səbəb olmuşdu. Eipstein qız uşaqlarına yönəlik cinsi istismar günahlandırmasıyla Florida məhkəməsində mühakimə olunmuş və Acosta ilə etdiyi razılaşma nəticəsində haqqındakı "fahişəliyə təşviq" günahlandırmalarını qəbul edərək 13 ay həbs çəkdikdən sonra sərbəst buraxılmışdı. Eipsteinin nəzarətə alınması və ən kiçiyi 14 yaşında olmaqla, 18 yaşdan az çox sayda qız uşağına cinsi istismarda olmaq və fahişəlik şəbəkəsi yaratmaq ittihamı ilə mühakimə olunmağa başlanmasından sonra gözlər yenidən Acostaya çevrilmişdi.
Nümayəndələr Palatasının Demokrat Partiyasından olan sözçüsü və Demokratların Senatdakı lideri Chuck Schumer və Nancy Pelosi çərşənbə axşamı Aleksandr Acostanı istefaya çağırmışdı.
Əmək naziri Aleksandr Acosta 2017-ci ilin aprel ayından bu yana Trampın kabinetində vəzifə yerinə yetirir. Acosta 2005-ci ildən 2009-cu ilə qədər isə Florida Cənub Bölgəsinin Baş prokuroru vəzifəsini icra etmişdi.
Müxalifət.az