Trampın “Müsəlman Qardaşlar” qərarının arxasında nə var?

Baxış sayı:
4192

“Müsəlman Qardaşlar” (İhvan) təşkilatının aparıcı rəhbərlərindən Kutub əl-Ərəbi ABŞ-ın “İhvan”ı terror siyahısına alması qərarının Fələstin məsələsi və iyun ayında açıqlanması gözlənilən “Əsrin Müqaviləsi" planıyla əlaqəli olduğunu bildirib.
 
Misirdəki “Müsəlman Qardaşlar” təşkilatının (İhvan) öndə gələn nümayəndəsi Kutub əl-Ərəbi, bu fikirləri Facebook hesabında qeyd edib.
Ərəbi Ağ Evdən çərşənbə günü edilən açıqlamalardan sonra ABŞ rəhbərliyinin İhvan-ı xarici terror təşkilatları siyahısına salmasının mümkün olduğunu ifadə edib.
Təşkilatın qurulduğu 1928-ci ildən bu yana Misirdə terror siyahısı içində  yer aldığını qeyd edən Ərəbi, “İhvan”ın bütün bunlara baxmayaraq ölkənin ilk mülki prezidentini (Məhəmməd Mursi) çıxarma və Mursinin hərbi çevrilişlə vəzifədən uzaqlaşdırıldığı 2013-dən bu yana ayaqda qalmağı bacardığını bildirib.
 
“Əsrin Müqaviləsi" ilə əlaqəlidir
 
 Ərəbi ABŞ-ın bu qərarının Fələstin məsələsi və iyun ayında açıqlanması gözlənilən "Əsrin Müqaviləsi" planıyla əlaqəli olduğunu qeyd edib.
Ərəbi sözügedən planı hazırlayanların buna qarşı ən böyük təpkini “İhvan” ilə digər İslami qüvvələrin verəcəyini bildiyini və bu müxalifəti daha doğulmadan ortadan qaldırmaq üçün şərait yaratdığını qeyd edib.
Qeyd edək ki, Ağ Evdən çərşənbə günü bildiriblər ki, Donald Tramp rəhbərliyi “İhvan”ı xarici terror təşkilatları siyahısına almağı planlaşdırır, ancaq bu qərarın Misirdəki “İhvan”dan başqa, digər ölkələrdəki qollarını da əhatə edib etməyəcəyi haqqında məlumat verilməmişdi.
Müxalifət.az