Trampın kürəkənindən “Əsrin Müqaviləsi” açıqlaması

Baxış sayı:
2338

ABŞ prezidenti Donald Trampın kürəkəni və baş müşaviri Jared Kuşner İsraildə sentyabr ayında keçirilməsi gözlənilən növbədənkənar seçkilərin ləğv edildiyi təqdirdə "Əsrin Müqaviləsi" planının payızdan əvvəl açıqlana biləcəyini ifadə edib.
 
Kuşner "Biz gəlişmələr olduqca bir qrup halında bunu qiymətləndirərək prezidentə təkliflər təqdim edirik. Bu mövzuda nə edəcəyi isə onun qərarıdır. Onlar (İsrail) bir tənzimləmə etsə, biz də ortaya çıxan gəlişmələr işığında tənzimləmələr edəcəyik" deyib.
“The Times of Israel”-in xəbərinə görə, Kuşner Bəhreynin ev sahibliyində paytaxt Manamada təşkil edilən "Rifah üçün Barış" başlıqlı iqtisadiyyat forumu əsnasında mətbuat mənsublarına etdiyi açıqlamada, İsrailin sentyabr ayında keçirilməsi planlanan erkən seçkiləri ləğv etdiyi təqdirdə ABŞ prezidenti Donald Trampın "Əsrin Müqaviləsi" planını payızdan əvvəl açıqlaya biləcəyini söyləyib.
Qeyd edək ki, ABŞ-ın hazırladığı “Əsrin Müqaviləsi” Fələstin-İsrail sülhünü hədəf götürsə də, çözüm planı daha çox İsrailin maraqlarını güddüyü bildirilir.
Müxalifət.az