Trampın kürəkəni hiyləgər planı açıqladı: Ramazan ayından sonra..

Baxış sayı:
10402

 ABŞ prezidenti Donald Trampın kürəkəni Jared Kuşner ölkəsinin Yaxın Şərq sülh planını Ramazan ayından sonra açıqlayacağını bildirib.
 
Kuşner Nyu-Yorkda “Time” jurnalının keçirdiyi "Time100" tədbirində aparılan müsahibədə, ABŞ-İsrail münasibətləri, Camal Qaşıqçı cinayəti və Rusiya istintaqına dair açıqlama verib.
Yaxın Şərq sülh planının normalda 2019-un əvvəlində təqdim olunmalı olduğunu, ancaq İsraildə erkən seçki qərarı verilməsindən sonra bunun təxirə salındığını bildirən Kuşner, Ramazan ayının qurtarmasından sonra planın açıqlanmasının planlaşdırıldığını deyib.
Plan haqqında ətraflı məlumatları açıqlamaqdan çəkinən Kuşner, planda Fələstin və İsrail arasında iki dövlətli bir həllin dəstəklənib dəstəkləməyəcəyinə dair də heç bir söz deməyib.
 
Kəşfiyyat məlumatlarına dair bir fikir bildirməyəcəm
 
 ABŞ kəşfiyyatının jurnalist Camal Qaşıqçı cinayətinin əmrini Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın (MBS) verdiyi nəticəsinə nail olduğuna dair xəbərlərin xatırladılmasından sonra Kuşner, “Kəşfiyyat məlumatlarına dair açıqlama verməyəcəm” deyib.
Qətldən sonrakı proses haqqında MBS-yə hər hansı bir tövsiyə olub olmadığına dair suala Kuşner, "Ona mümkün qədər şəffaf olmasını tövsiyə etdim. Olanların hesabının veriləcəyinə əmin olmağımız lazım idi. Qaşıqçı hadisəsi qəti bir faciədi, qorxuncdu" deyə söyləyib.
 
Rusyanın ABŞ seçkilərinə müdaxiləsi iyrənc bir şeydir
 
 ABŞ-da təxminən 2 il davam edən Rusiya istintaqına dair də açıqlama verən Kuşner," Xüsusi Səlahiyyətli Prokuror Robert Müllerin istintaqı Amerika demokratiyasına Rusiyanın seçkilərə müdaxiləsindən daha çox zərər verir” deyib.
Rusiya araşdırmasının ABŞ-ın diqqətini böyük miqdarda dağıtmasının bir amili olduğunu bildirən Kuşner, "Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi iyrənc bir şeydir" deyə bildirib.
 
Trampdan kürəkəninə tərif
 
 ABŞ prezidenti Tramp da müsahibənin videosunu rəsmi Twitter hesabından bölüşərək, "Jaredden möhtəşəm bir müsahibə. Ölkəmiz üçün xidmət edən fövqəladə zəkalı insanların olması çox gözəldir" deyə qeyd edib.
Müxalifət.az