Trampın komandasından daha bir nazir istefaya getdi

Baxış sayı:
2440

ABŞ prezidenti Donald Tramp ABŞ-ın daxili təhlükəsizlik naziri Kirsten Nielsenın vəzifəsindən istefa edəcəyini açıqlayıb.
 
Ağ Evdə Kirsten Nielsenlə görüşdən sonra tvitter hesabından açıqlama verən Tramp "Daxili təhlükəsizlik naziri Kirsten Nielsen vəzifəsindən istefa verəcək, ona verdiyi xidmətinə görə, təşəkkür edirəm", - deyə bildirib.
Tramp ayrıca, "Mövcud ABŞ-ın gömrük və sərhəd mühafizəsinin direktoru Kevin Makleenan'ın daxili təhlükəsizlik nazir vəkili olaraq təyin edildiyini məmnuniyyətlə bəyan edirəm. Kevinə yaxşı işlər görəcəyi ilə bağlı güvənirəm" deyə qeyd edib.
Amerikalı KİV-lərin iddialarına əsasən, Tramp Nielsenin Mərkəzi Amerika ölkələrindən qaçqınlara sığınacaq almaq üçün müraciətlərə icazə verdiyi üçün ondan narazı idi.
Ayrıca, Nielsen'in Ağ Evə istefa etmək üçün getmədiyi bildirilib və bu faktın özü də göstərir ki, daxili təhlükəsizlik naziri heç də Trampın dediyi kimi özü istefa verməyib.
Müxalifət.az