​Trampın keçmiş baş strategi yeni kitabda ruslarla görüşü “XƏYANƏT” ADLANDIRDI

Baxış sayı:
811

ABŞ prezidenti Donald Trampın keçmiş baş strateqi Stiv Bannon yeni kitabda Trampın böyük oğlunun, kürəkəninin və kampaniya menecerinin 2016-cı ildə prezident seçki kampaniyası dövrü demokrat Hillari Klinton haqda onu nüfuzdan salacaq informasiya almaq məqsədilə ruslarla görüşünü “xəyanətkar” və “qeyri-vətənpərvər” adlandırıb.
Bannon Donald Tramp oğul, prezidentin hazırda Ağ Evin müşaviri olan kürəkəni Cared Kuşner və o zaman kampaniya meneceri Pol Manafortu iyun ayında Nyu-Yorkda Tramp qülləsində görüşdə iştirak etdiklərinə görə tənqid edib. Görüş Tramp oğul tərəfindən Klinton əleyhinə atasının seçki kampaniyasına “Rusiya və onun hökumətinin dəstəyi”nin bir hissəsi olaraq keçirilib.
Tramp oğul bu informasiyanı almaq istədiyini deyib, lakin sonradan bildirib ki, rusiyalı vəkil görüş zamanı belə dəlillərə malik olmayıb.
“Kampaniyada bu üç aparıcı şəxs Tramp qülləsindəki 25-ci otaqda xarici hökumətlə vəkiillər olmadan görüşməyin yaxşı fikir olduğunu fikirləşib”, kitabın müəllifi Bannonun sözlərindən iqtibas gətirir. “Onların vəkilləri olmayıb”, “Alov və qəzəb: Tramp dövründə Ağ Ev” (Fire and Fury: Inside the Trump White House) adlı yeni kitabın müəllifi Maykl Vulf yazır.
ABŞ prezident Donald Tramp, Ağ Evin müşaviri Cared Kuşner (arxada,sağda) və Ağ Evin keçmiş baş strateqi Stiv Bannon (arxada, solda)
Bannonun açıqlamalarının Britaniyanın The Guardian qəzetində dərc olunmasından sonra Tramp bəyanatında “Stiv Bannon nə mənim, nə də mənim prezidentliyim üçün iş görməyib” deyə bildirib.
“Stiv mənim üçün mən artıq Respublikaçılar partiyasında bəzən ən istedadlı qrup adlandırılan on yeddi namizəd arasında mübarizədə nominasiya uğrunda qələbə əldə etdikdən sonra işləməyə başlayıb. İndi müstəqil olduğu vaxt Stiv qələbənin mənim göstərdiyim qədər asan olmadığını öyrənir. Stivin bu ölkənin unudulmuş kişi və qadınları tərəfindən verilmiş bu tarixi qələbə ilə çox az əlaqəsi var”, Trampın bəyanatında bildirilir ("Amerikanın səsi").