“Trampın İranın nüvə sazişini pozmaq cəhdləri iflasa uğradı” - Ruhani

Baxış sayı:
693

Bu o deməkdir ki, beynəlxalq anlaşmalar qalib gəldi
 
ABŞ prezidenti Donald Trampın İranın nüvə sövdələşməsini pozmaq cəhdləri iflasa uğrayıb.
Bunu İslam Respublikasının prezidenti Həsən Ruhani deyib.
"Cənab Tramp sövdələşməni pozmaq üçün il ərzində hələ prezident seçilməzdən əvvəl göstərdiyi bütün səylərini ortaya qoydu, lakin onun bunu etmək cəhdləri iflasa uğradı. Bu o deməkdir ki, beynəlxalq anlaşmalar qalib gəldi", - deyə prezident bildirib.