Trampın İrandakı hakimiyyəti dəyişmək planı – VƏKİLİ AÇIQLADI

Baxış sayı:
7225

ABŞ prezidenti Donald Tramp İrandakı “rejimi dəyişmək” arzusundadır.
Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Trampın vəkili, Nyu-York şəhərinin sabiq meri Rudolf Culiani deyib. Sabiq mer qeyd edib ki, İranda hakimiyyətin dəyişməsi Yaxın Şərqdə sülhün bərqərar olmasına aparan yeganə yoldur.
Donald Tramp yanvarda İranın iri şəhərlərindəki kütləvi etirazları şərh edərkən bildirmişdi ki, ABŞ “vaxtı çatanda” İran xalqına dəstək verəcək.