Trampın İran əleyhinə qərarına ilk dəstək Səudiyyə Ərəbistanından

Baxış sayı:
10987

 Səudiyyə Ərəbistanı ABŞ prezidenti Donald Trampın İran İnqilab Muhafizəçilərini terror təşkilatı elan etməsini məmnuniyyətlə qarşıladıqlarını açıqlayıb.
 
Qeyd edək ki, Tramp dünən İran ordusuna bağlı İran İnqilab Muhafiçəlirini terror təşkilatı elan etmişdi. Bu qərarla ABŞ ilk dəfədir ki, başqa bir ölkənin ordusunu terror siyahısına almış oldu.
İran Milli Təhlükəsizlik Ali Şurası da İnqilab Mühafizəçiləri Ordusunun xarici terror təşkilatları siyahısına daxil edilməsinə qarşılıq ABŞ Mərkəz Qüvvələrini (CENTCOM) terror təşkilatları siyahısına aldığını bildirmişdi.
Müxalifət.az