​Trampın həyat yoldaşı XƏSTƏXANALIQ OLDU – Təcili əməliyyat

Baxış sayı:
3448

ABŞ-ın birinci xanımı, Prezident Donald Trampın həyat yoldaşı Melaniya Tramp böyrəyindən əməliyyat olunub.
Muxalifət.az xəbər verir ki, birinci xanımın mətbuat xidmətinin rəhbəri Stefaniya Qrizman Melaniyanın böyrəyindəki xoşxassəli şişə görə əməliyyat olunduğunu bildirib.
Əməliyyatın uğurla başa çatdığını deyən Qrizman birinci xanımın həftənin sonunadək xəstəxanada yatacağını söyləyib.