Trampın "Golan Təpələri İsrailindir” açıqlaması nə anlama gəlir?

Baxış sayı:
2320

Golan Türkləri Dərnəyinin sədri Yaser Hüseyn ABŞ prezidenti Donald Trampın İsrailin işğal etdiyi Golan Təpələrini İsrailin torpağı kimi tanımasına münasibət bildirib.
 
Suriyanın şimalında PKK-nın, cənubunda isə İsrailin həyata keçirdiyi işğal planının ABŞ-PKK-İsrailin birgə layihəsi olduğunu və son hədəfin Golan'dan başlayaraq Suveyda-Tenef və Rakkaya uzanan pirat bölgə xəritəsi olduğunu söyləyib. Hüseyn “17 aprel 2016-cı ildə Netanyahu Golan'daki pirat nazirlər toplantısı təşkil edərək Golan'ı İsrail torpağını elan etdi"deyib. Suriyanın cənub və şimalında yerləşən defakto ərazilərin əlaqəli bir plan daxilində həyata keçirildiyini vurğulayan Hüseyn, “ABŞ parçalanmış Suriya üçün şimaldada PKK-nı, İsrail isə cənubda Durzi milli azlığını istifadə edərək hədəfinə çatmaq istəyir” deyə bildirib: “Yalnız Golan'da 20 min insan yaşayır. Bukata, Qacar, Mecde Şems və Mesada şəhərlərində yaşayan bütün mülki şəxslər Durzidirlər. Sionist rejim Durzilərdən ibarət “Hagolar” adlı hərbi briqada qurdu və təhlükəsizliyi bu briqadaya təhvil verdi. Bölgədəki türkmən, ərəb və çərkəzlər kəndlərindən qovuldular. Təxminən 1,5 milyon insan Şam, Mezze, Həcər Əsəd, Yermuk, Tademun və Berze bölgələri ilə Homsa və Deraya köçdü”.
 
Son hədəf bura deyil
 
Trampın Golan cəhdinə təpki göstərən Suriya Türkmən Məclisi Golan bölgə nümayəndələrindən Əbdülkərim Ağa, 1861 kvadrat kilometrlik Golan'da 177 kənd və qəsəbə ilə 146 oba olduğunu  bildirib. Bölgədə bütün torpaq və evlərin qeydiyyat sənədinin olduğunu və yeni bir işğalın əleyhinə olacaqlarını və buna dirənəcəklərini söyləyən Ağa, “İsrail işğalları davam edəcək. Son hədəfləri Golan deyil. Cebel Şeyxdə bütün bölgəni izləyəcək nəhəng müşahidə bazaları tikilmişdir. İordaniya, Suriya və İraqa nəzarət etmək istəyirlər. Golandan sonra 70 kilometr daha içəridə yerləşən 500 min əhalisi olan Suveydanı da İsrail xəritəsinə daxil etmək üçün MKİ və MOSSAD bölgədə intensiv fəaliyyət göstərir. Durzilərə Livan-Suriya və İsraildə bir muxtar bölgə vəd ediblər. İraq və Suriyada PKK-ya edilən vədin bənzərini cənubda Durzîlərə də ediblər" deyə bildirib.
Müxalifət.az