Trampın “Golan Təpələri” açıqlamasına təpkilər böyüdü: Dünya ABŞ-a qarşı

Baxış sayı:
4642

BMT ABŞ prezidenti Donald Trampın "İsrailin Golan Təpələri üzərində "suverenliyini" tanıma zamanı gəldi” açıqlamasına təpki göstərib.
 
BMT-nin baş katibinin sözçüsü Fərhan Haq Trampın açıqlamasına qarşılıq "Biz bu məsələyə dair BMT-nin bütün qətnamələrinə söykənirik” deyərək təpki göstərib.
 
BMT-dən YENİ QƏRAR!
 
BMT-nin İnsan Hüquqları Şurası İsrailin “Golan Təpələri”nin işğalına qarşı çıxan yeni bir qərar layihəsini qəbul edib və İsraili BMT-nin qərarlarına riayət etməyə çağırıb.
 
AVROPA BİRLİYİ
 
Avropa İttifaqı (AB) Trampın “Golan Təpələrinin” İsrailə aid olduğu qərarını qəbul etməyəcəyini açıqlayıb.
 
ALMANİYA
 
Alman hökumətinin sözçüsü beynəlxalq hüquqa zidd olan “Golan Təpələri” üzərində İsrailin suverenliyini rədd etdiyini söyləyib.
 
FRANSA
 
Fransa Xarici İşlər Nazirliyi İsrailin “Golan Təpələri” ilə əlaqədar etdiyi qərarın beynəlxalq hüquqa zidd olduğunu söyləyib.
Müxalifət.az