Trampın “Fələstin” planı: İsrail Şərqi Qüdsün 4 MƏHƏLLƏSİNDƏN ÇƏKİLƏ BİLƏR

Baxış sayı:
5665

İsrailin “Maariv” qəzeti, ABŞ prezidenti Trampın yeni sülh planında Qüdsün 4 məhəlləsini Fələstin rəhbərliyinə verməyi əhatə edəcəyini yazıb.
 
Qəzetin xəbərinə görə, Fələstin sülh planının keçən həftə Vaşinqtona səfər edən İsrailin müdafiə naziri Aviqdor Libermana təqdim edildiyi qeyd olunub.
Tramp rəhbərliyinin İsraildən, daha sonra Fələstinin paytaxtı ola biləcək Şərqi Qüdsün dörd məhəlləsindən çıxmasını istəyəcəyini İsrailin müdafiə naziri Aviqdor Libermana çatdırılıb.
İsrailin Qüdsdən çəkilməsi istənilən dörd məhəllə bunlardır: Jebl Mukabar, Isaviya, Shuafat və Abu Dis.
Tramp rəhbərliyinin planın üzərində keçən ildən çalışıldığı bildirilir. Potensial olaraq güzəştlərin olmasına baxmayaraq İsrailin bu planı qəbul etməsinin gözlənildiyi qeyd edilib. Tramp rəhbərliyinin Fələstin sülh planını ABŞ səfirliyini Qüdsə köçürməsindən sonra açıqlayacağı gözlənilir.
 “The Jerusalem Post” qəzeti ABŞ rəsmilərinin bu barədə xəbəri rədd etdiklərini, planın hələ layihə mərhələsində olduğu, ancaq son mərhələyə gəldiyini yazıb.
Liberman Vaşinqtona etdiyi səfərdə prezident Trampın kürəkəni və müşaviri Jared Kuşner, Milli Təhlükəsizlik üzrə müşaviri Con Bolton, müdafiə naziri Ceyms Mattis və prezidentin Yaxın Şərq nümayəndəsi Jason Greenblatt ilə görüşdüyü qeyd olunub.
İsrailin edəcəyi güzəştlər qarşılığında ABŞ rəhbərliyinin Suriya və ya İran ilə münaqişə vəziyyətində İsrailə tam dəstək verəcəyi ifadə olunub. Fələstin dövlət başçısı Mahmud Abbas, keçən ay ABŞ-ın İsrail-Fələstin münaqişəsini həll edəcək ABŞ planını qəbul etməyəcəyini söyləmişdi. Abbas, "Onlardan dürüst bir şey gözləmirik və onlardan heç bir şey qəbul etməyəcəyik" demişdi.
Müxalifət.az