Trampın “ÇIXIRIQ!” açıqlamasına rəğmən, ABŞ Suriyaya ordu göndərir – İKİBAŞLI SİYASƏT

Baxış sayı:
5587

2000 nəfərlik hərbi qüvvə göndərilməsi planlaşdırılır
 
Muxalifət.az xəbər verir ki, bir yandan ABŞ prezidenti Donald Trampın “çox yaxın zamanda Suriyadan çıxacağıq” açıqlaması verməsinə rəğmən, bir yandan da Ağ Ev ilə Pentaqonun Suriyaya əlavə olaraq 2 min nəfər hərbçi göndərmək məsələsini müzakirə elədiyi xəbərləri yayılır.
D.Tramp bu yaxınlarda ABŞ hərbçilərinin çox yaxın zamanda “Suriyadan tamamilə çıxacağını” desə də, CNN-dən maraqlı bir açıqlama gəlib.
CNN-in Pentaqon müxbiri Barbara Starın imzası ilə dərc edilən və ABŞ ordusundakı mənbələrə əsaslandırıldığı qeyd edilən xəbərdə Müdafiə Nazirliyi ilə Ağ Ev rəhbərliyi arasında Suriyaya əlavə hərbçi göndərmək məsələsi ilə bağlı müzakirələr aparıldığı bildirilib.
Xəbərdə deyilir ki, bu gün, Milli Təhlükəsizlik Şurasının iclasında İŞİD terror təşkilatını məğlub eləmək planı və Suriyaya əlavə olaraq 2000 nəfər hərbçi göndərmək məsələləri müzakirə ediləcək.
Tramın Suriyadan çıxmaqla bağlı verdiyi açıqlamanın yeni qoşun göndərmək planına necə təsir edəcəyi hələlik bəlli deyil. CNN kanalına məlumat verən mənbələr planın ölkədə mövcud olan ABŞ hərbçilərini qorumaq məqsədi güddüyünü bildirib.
ABŞ mediasında bundan əvvəl yayılan xəbərlərdə, Trampın Suriyadan çıxmaq açıqlamasının xüsusilə də Pentaqonda narazılıq yaratdığı vurğulanmışdı./Hurriyyet.org