​Trampın bu planı vaxt itkisidir - İsrail

Baxış sayı:
8266

ABŞ-ın aylardır üzərində çalışdığı, amma nə zaman hazır olacağı bəlli olmayan Prezident Donald Trampın əsrin müqaviləsi kimi də dəyərləndirdiyi sülh planı vaxt itkisidir.
Muxalifet.az xəbər verir ki, bu sözləri İsrail Ədliyyə naziri Ayaled Şaked bildirib.
Fələstin və İsrail arasında sülhün təmin edilməsinin mümkünsüz olduğunu deyən Şaked Trampa fələstinlilərlə məxrəcə gələnə qədər enerjisini başqa şeylərə sərf etmək barədə çağırış edib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İsrail və Fələstin arasında əsrin müqaviləsinin hazırlanması istiqamətində iş aparıldığını bəyan edib.