Trampın böyük oğlu Nyu-York qubenatoru olmağı istəyir - KİV

ABŞ Prezidenti Donald Trampın oğlu, 39 yaşlı biznesmen kiçik Donald Tramp siyasi fəaliyyətə başlamaq istəyir və Nyu-York ştatının qubernatoru vəzifəsi uğrunda mübarizə aparmaq imkanını nəzərdən keçirir.
Bu barədə “The New York Times” qəzeti yazıb.
“Kiçik Donald hər hansı siyasi vəzifəyə, məsələn Nyu-York ştatının qubernatorluğuna namizədliyini irəli sürməkdə maraqlı olduğunu söyləyib”, - deyə adının açıqlanmasını istəməyən mənbə qəzetə bildirib.