Trampın başı dərddə: Prokuror sənədləri istədi

Baxış sayı:
10930

Amerikan “Wall Street Journal” qəzetinin dekabr ayında Trampın vəzifəyə başlama mərasimi üçün toplanan 107 milyon dollarlıq qrantdan sui istifadə haqqında bir istintaq başlanılmasını ortaya çıxarmasından sonra “The New York Times” (NYT) qəzeti yeni bir iddia ortaya atıb.
 
Mövzuyla əlaqədar NYT-yə açıqlama verən iki mənbə Manhattandakı fedaral prokurorların Trampın vəzifəyə başlama mərasimində fəaliyyət göstərən heyətin vəkilinə bir sörğu göndərərək mərasimin hədiyyəçiləri, maliyyə təminatçıları və iştirakçıları haqqında sənədlərin məhkəməyə verilməsini istəyib.
Mənbələr istənilən sənədlər arasında biletlər, prezident Tramp ilə çəkilən fotoşəkillər, satıcılar, razılaşmalar kimi sənədlər olduğunu ifadə edib.
Ayrıca prokurorların heyətə hər hansı bir xarici güc tərəfindən hədiyyə edilib edilmədiyini və bu cür ianələrin qeyri-qanuni olduğunu heyətin bilib bilmədiyi mövzusunda da araşdırmaların olduğunu ifadə edən mənbələr, prokurorların bu çərçivədə ianəçilərin qanuniliyinin sərhədlərini müəyyən edəcək sənədlərin də məhkəməyə təqdim edilməsini istədiyini bildirib.
Federal qanunlara görə, federal kampaniyalara, siyasi aksiya komitələrinə və vəzifəyə başlama mərasimi fondlarına xarici investorların hədiyyə etməsi qadağandır.
 
Digər tərəfdən, söz mövzusu iddianı Amerikan mətbuatında ilk dəfə gündəmə gətirən ABC-yə açıqlama verən qaynaqlar, söz mövzusu istintaq daxilində Trampın köhnə vəkili Michael Cohenin də ifadəsinə tez-tez müraciət edildiyini ifadə edib.
Müxalifət.az