Trampın Arizonada çıxışı zamanı qalmaqal yaşandı

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın Arizona ştatında çıxışı zamanı qalmaqal yaşanıb.
 
Yerli hakimiyyət əlavə təhlükəsizlik tədbirləri görməyə məcbur olub.
Feniks şəhərində Trampın çıxışı öncəsi küçələrdə bir-birinə qarşı duran fəallar toplaşıb. Onlardan bir qrupu Şarlotsvilldə neonasistlərin və rasistlərin fəaliyyətinə qarşı çıxış edib. Digəri isə söz və toplaşmaq azadlığına çağırışlar edir.
Aksiya zamanı nümayişçilər arasında qarşıdurma və söz atışması qeydə alınıb. Bin neçə adam nümayişçiləri dayandırmaq məqsədilə polis tərəfindən qurulmuş metal arakəsməni aşırıb.
Toplaşanların bir hissəsi isə küçə boyu düzülərək, «Trampı işdən azad edin», «Təəssüf» şüarları yazılmış plakatlar qaldırıblar.
«CNN» telekanalının məlumatına görə, bir neçə adam tədbirə odlu silahla gəlib – Arizonada silah gəzdirməyə qanunla icazə verilir. Tüstü qumbaraları işə düşüb. Ancaq tədbir zamanı saxlanılan olmayıb.
Trampın gəlişindən əvvəl şəhərdə növbətçi polislərin sayı artırılıb.