Trampın adı da Qaşıqcı cinayətinə qarışdı

Baxış sayı:
7936

Səudiyyə jurnalisti Camal Qaşıqçı-nın, 2016-cı ildə Səudiyyə Ərəbistanında ABŞ prezidenti Donald Trampı tənqid etdiyi üçün Səudiyyə rəhbərliyinin peşəsini yerinə yetirməyi qadağan etdiyi və həbs olunmamaq üçün ABŞ-a gəldiyi bildirilib.
 
ABŞ mediasında yer alan məlumatın, ABŞ Dövlət Departamentinin 2017-ci il üçün İnsan Haqları Hesabatının Səudiyyə Ərəbistanı hissəsində də yer alması diqqəti çəkib.
 
 HƏR MÖVZUDA QADAĞAN OLUNDU
 
Trampı tənqid etdiyi üçün Səudiyyə krallığı tərəfindən çalışmaqda olduğu “əl Həyat” qəzetinin bağlanması və yazmasının qarşısının alındığı bildirilən hesabatda, həmçinin mətbuat üçün açıqlama verməsi və televiziya kanallarına çıxması da qadağan olunan Qaşıqçı-nın, qadağan qalxmasından qısa müddət sonra həbs olunma qorxusuyla ABŞ-a getdiyi qeyd edilib.
 
 ÖLKƏSİNƏ QAYITSAYDI HƏBS OLUNACAQDI
 
Hesabatda, ABŞ-a gəlməsindən sonra Səudiyyə rəhbərliyini Yəmən siyasəti, mətbuat azadlığı və digər məsələlərdə tənqid etməyə başlayan Qaşıqçı-nın, ölkəsinə geri döndüyü təqdirdə həbs olunacağını dediyi ifadə edilib.
Qaşıqçı, Səudiyyə rəhbərliyi tərəfindən təzyiq görməsinə səbəb olan yazılarında Trampın xarici siyasətini "ziddiyyətli" kimi təsvir etmiş, "Prezident Trampın, prezidentliyə namizəd Trampdan daha fərqli olmasını gözləmək ən yaxşı ehtimalla səhv bir ümiddir" deyə yazmışdı.
Qaşıqçı-nın Səudiyyə Ərəbistanının İstanbul Konsulluğunda öldürülməsindən bu yana, cinayət məsələsində Səudiyyə rəhbərliyinə dəstək çıxan Tramp, dünən verdiyi yazılı açıqlamada, Səudiyyə Ərəbistanı ilə münasibətlərinin davam edəcəyi yönündə mesajlar vermişdi.
ABŞ-ın Səudiyyə Ərəbistanla "sarsılmaz tərəfdaşlığını" davam etdirmək istədiyini bildirən Tramp, "Konqres üzvləri arasında, siyasi və ya başqa səbəblərə görə, fərqli bir istiqamətə doğru getmək istəyənlər var və bunu etməkdə sərbəstdirlər. ABŞ-ın təhlükəsizliyi eyni istiqamətdə olduğu müddətdə mənə təqdim olunan bütün fikirləri edəcəyəm" deyə bildirib.
Müxalifət.az