Trampı zibil qutusuna atdılar... - FOTO

Baxış sayı:
2314

Berlində yerləşən məşhur “Madam Tyusso” muzeyi ABŞ Prezidenti Donald Trampın fiqurunu zibil qutusuna yerləşdirib.

Bununla bağlı Almaniyanın “Stern” nəşri məlumat yayıb.

Muzeydən bildirilib ki, ABŞ-da prezident seçkiləri ərəfəsində belə bir aksiya rəmzi xarakter daşıyır.

“Madam Tyusso” muzeyi olaraq biz ehtiyat tədbiri kimi Donald Trampın fiqurunu yığışdırmaq qərarına gəldik”, - açıqlamada qeyd edilib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də baş tutacaq.