Trampı əsəbləşdirən iddia: Yığıncağı tərk etdi!

Baxış sayı:
4150

ABŞ prezidenti Donald Tramp ona "Rusiya istintaqının üstünü örtür" ittihamını yönəldən Nümayəndələr Palatasının demokrat başçısı Nancy Pelosiyə sərt təpki verib.
 
Tramp Pelosi və bəzi demokrat millətvəkillərilə Ağ Evdə təşkil edilən infrastrukturla bağlı yığıncağı yarıda kəsərək zalı tərk edib. Tramp Pelosinin səhər saatlarında etdiyi "ABŞ prezidenti Rusiya istintaqının və xüsusi səlahiyyətli prokuror Robert Müllerin hesabatının üstünü örtməyə çalışır" şəklindəki açıqlamasından çox narahat olduğunu qeyd edib.
Müxalifət.az