Trampı qəzəbləndirəcək iddia: MELANİE BOŞANMAQ ÜÇÜN GÜN SAYIR

Baxış sayı:
7471

ABŞ prezidenti Donald Trampın keçmiş köməkçisi Omarosa Nyuman, Ağ Evdəki günlərini qələmə aldığı yeni kitabında, Melania Trampın həyat yoldaşından boşanmaq üçün gün saydığını, həyat yoldaşını cəzalandırmaq üçün də passiv aqressiv ruh halını əks etdirən paltarlar seçdiyini iddia edib.
 
Melania Trampın, həyat yoldaşını utandırmaq üçün qəsdən qeyri-adi paltarlar geyindiyini yazan Nyuman, "Melania Trampın geyindiyi paltarlara baxdıqda stilindəki üsyankarlıq tək bir məqsədə xidmət edir. Melanianın stilini həyat yoldaşını cəzalandırmaq üçün istifadə etdiyinə inanıram" deyə, iddia edib.
Nyuman, Trampın öz səhvlərini düzəltmək üçün arvadını zorla qaçqınların qaldığı mərkəzə apardığını, o səbəblə də Melania Trampın üstündə "I really dont car-a (Həqiqətən vecimə deyil)" yazılı bir pencək geyindiyini irəli sürüb.
Trampın evliliyinin uçurumun kənarında olduğunu və Melania Trampın həyat yoldaşının prezidentlik müddəti bitən kimi boşanmaq istədiyini iddia edən Nyuman, kitabında, "Mənə görə, Melania həyat yoldaşının vəzifə müddətinin bitməsi üçün dəqiqələri sayır ki ondan boşansın" deyə, dəyərləndirmə edib.
Qeyd edək ki, Ağ Evdəki az sayda Afro-Amerikalılardan biri olan Nyuman, Trampın seçki kampaniyasında vəzifə almış, seçilməsindən sonra Trampın köməkçisi olmuşdu.
Nyuman, Ağ Evdəki günlərini qələmə aldığı yeni kitabında, Trampı "irqçi" olmaqda günahlandırmış, Trump isə iddiaları təkzib etmişdi.
Müxalifət.az