Trampı bitirəcək “vergidən yayınma” iddiası ABŞ-ı qarışdırdı: AÇIQLAMALAR

Baxış sayı:
3730

 ABŞ-ın aparıcı qəzetlərindən “Nyu-York Tayms”-da (NYT) dərc olunan və ABŞ prezidenti Donald Trampın ailəsinin "vergidən yayınma"lara kömək etdiyini iddia edən xəbər, Amerika ictimaiyyətinin gündəminə oturub.
 
Son dövrdə verdiyi xəbərlərlə tez-tez prezident Trampın "yalan xəbər" iradlarının hədəfində olan “NYT”, dünən dərc etdiyi araşdırma yazısında Trampın ailəsinin milyonlarla dollar vergidən yayınmağa yardım etdiyini iddia edib. ABŞ mətbuatının manşetdən verdiyi xəbər, Tramp cəbhəsində sərt tənqidlərə səbəb olub.
Tramp, Twitter hesabından verdiyi açıqlamada, "New York Times” mənim daha əvvəl heç etmədiyim bir şeyi, etdim, kimi göstərdi. Pulun bu andakı dəyəri konsepsiyasını istifadə etdilər" deyə, qeyd edib.
“NYT”-nin xəbərlərinin 97 faizinin özünü pis göstərdiyini deyən Tramp, Amerikanın prezident seçkilərinə işarə edərək "Pis seçki ehtimalından xilas ola bilmədilər" deyə, bildirib.
Ağ Evin sözçüsü Sarah Sanders da dünən verdiyi açıqlamada, "Fred Tramp həyatını itirməsindən 20 il keçib və “New York Times”-ın Tramp ailəsinə yönəlik yanlış istiqamətverici xəbərlərinə şahidlik etmək istəməsi kədərlidir" deyə söyləyib.
ABŞ Vergi İdarəsinin (IRS) bu əməliyyatları illər əvvəl araşdırıb, bitirdiyinə işarə edən Sanders, "NYT və digər mətbuat orqanlarının Amerika xalqındakı etibarlılığı hazırda çox aşağıdır, çünki xəbər vermək əvəzinə 24 saat Tramp və ailəsinə hücum edirlər" deyib.
Sanders, “New York Times”-dan bir üzr gözlədiklərini də deyib.
Müxalifət.az