Trampı bitirəcək daha bir iddia: VERGİ QAÇAQÇILIĞI

Baxış sayı:
4777

ABŞ-ın “New York Times” (NYT) qəzeti, prezident Donald Trampın 1990-cı illərdə müəmmalı vergi strategiyalarına qarışdığını və ailəsinin milyonlarla dollar vergidən yayınmağa kömək etdiyini irəli sürüb. Nyu-York Vergi Dairəsi bu iddiaların araşdırıldığını açıqlayıb.
 
Araşdırma çərçivəsində Trampın atası Fred Trampın keçmiş müşavirləri və işçiləri ilə müsahibələr aparan NYT, həmçinin bank hesabları, maliyyə nəzarət və hesabları da daxil, Tramp ailəsinə məxsus yüz min səhifədən artıq sənədi ilə tanış olub.
Araşdırmalar nəticəsində, Donald Trampın atasının milyonlarla qanunsuz vergi güzəşti almasına kömək etdiyi irəli sürülüb.
 
550 MİLYON DOLLAR VERGİDƏN YALNIZ 52,2 MİLYON DOLLARI ÖDƏNİB
 
Xəbərdə, Trampın atasının daşınmaz əmlaklarından qalan irsə görə vergi ödəmələrindən yayınmaq üçün qardaşları ilə saxta bir şirkət qurduğu və beləliklə də milyonlarla dollar vergidən yayındıqları iddia edilib.
Ata Trampın uşaqlarına 1 milyard dollardan çox miras qoyduğu və bunun üçün ödənilməsi lazım olan vergi miqdarının 550 milyon dollar olduğu bildirilən xəbərdə, buna baxmayaraq Tramp qardaşların bu məbləğin yalnız 52,2 milyon dollarını ödədiyini bildirib.
NYT, Donald Trampın atasından qalan mirasın dəyərini aşağı qiymətlə göstərməklə özü və qardaşlarının daha az vergi ödədiyini iddia edib.
ABŞ Vergi Dairəsinin isə həmin həmin vergidən yayınma fırıldağına lazım olan reaksiyanı vermədiyi qeyd olunub.
Prezident Trampın uşaqlığından bəri ailəsindən miras olaraq 413 milyon dollar dəyərində pay aldığı qeyd olunub, hansı ki, Tramp, prezidentlik kampaniyası müddətində şirkətini özünün yaratdığını və ailəsindən çox az pul aldığını irəli sürmüşdü.
Müxalifət.az