Trampdan ZƏLZƏLƏ EFFEKTİ yaradacaq açıqlama: Evlərinizə dönün!

Baxış sayı:
322

ABŞ Prezidenti Donald Tramp Çini ölkəsi üzərindən illərlə böyük miqdarda pul qazanmaqda və oğurlamaqda ittiham edib.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Tramp Çindəki Amerika şirkətlərini geri qayıtmağa çağırıb.
“Amerika şirkətlərinə evlərinə dönmək və məhsullarını ABŞ-da istehsal etmək də daxil olmaqla, Çinə bir alternativ axtarmalarını söylədik”, - Ağ Evin başçısı deyib.
Tramp ABŞ-ın illərdir Çinə görə trilyonlarla dollar itirdiyini iddia edib. O, ABŞ-ın Çinə ehtiyacının olmadığını və Çinsiz daha yaxşı olacaqlarını söyləyib.
Xatırladaq ki, daha əvvəl Çin Dövlət Şurası sentyabrın 1-dən və dekabrın 15-dən ölkənin idxal etdiyi 75 milyard dollarlıq ABŞ mallarına 10 faizlik və 5 faizlik əlavə rüsum tətbiq olunacağını açıqlamışdı. 10 faizlik rüsum tətbiq ediləcəyi məhsulların siyahısına göy soya paxlası, əkin üçün soya paxlası, soya unu, habelə xam neft də var.
Tramp Çinin bu addımına cavab verəcəklərini, bunun ABŞ üçün böyük bir fürsət olduğunu vurğulayıb.