Trampdan yeni 'Türkiyə' mesajı: 45 dəqiqədə 2 fərqli açıqlama!

Baxış sayı:
11605

ABŞ prezidenti Donald Tramp Türkiyəylə əlaqədar etdiyi açıqlamada, ''S-400 mövzusunda Türkiyəyə bu anda sanksiya tətbiq etməyi düşünmürəm'' demişdi. Bu açıqlamadan qısa bir müddət sonra yeni bir açıqlama verən edən Tramp, "Nə edə biləcəyimizə baxırıq. Hələ qərarımızı açıqlamadıq" deyib.
 
Donald Tramp Türkiyə mövzusunda Barak Obama rəhbərliyinin səhv etdiyini vurğulayaraq "Bir çox baxımdan çox çətin bir vəziyyətdir. Bu səbəbdən bu anda (sanksiyalar mövzusuna) buna baxırıq, nə edə biləcəyimizə baxırıq. Hələ (qərarımızı) açıqlamadıq" deyib.
 
45 DƏQİQƏDƏ FİKİR DƏYİŞDİRDİ!
 
Hollandiyanın Baş naziri Mark Rutteni Ağ Evdə qəbul edən ABŞ prezidenti Tramp, Türkiyə ilə əlaqədar qısa müddət əvvəl etdiyi açıqlamadan fərqli bir qiymətləndirmə etdi.
İlk açıqlamasında, "Türkiyəyə sanksiya mövzusuna bu anda baxmadıqlarını" dilə gətirən Tramp, sonra isə "Bu vəziyyətdə Türkiyəyə sanksiyaları gözardı edirsiniz" şəklindəki suala, "Buna baxırıq. Bir çox baxımdan çox çətin bir vəziyyətdir. Əvvəlki rəhbərlik (Barak Obama) bu mövzuda daha yaxşısını edə bilərdi. Türkiyə məzmununda əvvəlki rəhbərlik çox böyük səhvlər etdi və bu çox pisdir. Bu səbəbdən bu anda buna (sanksiyalar mövzusuna) baxırıq, nə edə biləcəyimizə baxırıq. Hələ (qərarımızı) açıqlamadıq" cavabını verib.
Müxalifət.az