Trampdan yeni həmlə: bu ərazilər Rusiyaya verilməyəcək - Pentaqon PLAN HAZIRLADI

Baxış sayı:
511

ABŞ Prezidenti Donald Tramp Suriyanın neft bölgələrinin Bəşər Əsəd rejimi və Rusiyanın əlinə keçməsinin qarşısını almaq üçün Müdafiə Nazirliyinin (Pentaqon) planını qəbul etməyi düşünür.
“New York Times” qəzetinin yazdığına görə, Tramp Suriyanın şərqində təxminən 200 hərbçi saxlamağı planlaşdırır.
Digər bir səbəb isə İŞİR terror təşkilatı ilə mübarizə olduğu bildirilir.
Beləliklə, bu yaxınlarda Suriyanın şimalından minə yaxın Amerika əsgərini geri çəkəcəyini elan edən Tramp Pentaqonun planını təsdiqləyərsə, ikinci dəfə Suriyadan “əsgərlərin geri çəkilməsi” vədində geri addım atmış olacaq. Ötən ilin dekabrında Suriyadan təxminən 2000 ABŞ əsgərinin çıxarılacağını elan edən Tramp qısa müddət sonra qərarını dəyişərək əsgər sayının mərhələli olaraq azaldılması barədə əmr verib.
Əvvəlki həftə Pentaqonun başçısı Mark Esper Suriyanın şimalındakı təxminən min ABŞ əsgərinin geri çəkiləcəyini və İraqın qərbinə aparılacağını açıqlayıb.
ABŞ-ın hələ də Suriyanın Əl-Tanf bölgəsində təxminən 125 əsgəri var. Pentaqondan bu əsgərlərin geri çəkilməyəcəyi bəyan edib.//Publika