​Trampdan yeni açıqlama: "Ərdoğanla görüşdən sonra qolf oynayacam"

ABŞ prezidenti Donald Tramp Tvitterdə yeni açıqlama verib.
Muxalifet.az xəbər verir ki, Trampın Tvitter sosial şəbəkəsində 43 milyon izləyicisi var.
Tramp bu gün Tvitterdə bunları yazıb: "Bu gün Türkiyə prezidenti Ərdoğanla sələflərimdən mənə miras qalan Orta Şərq problemini başa çatdırıb sülh gətirməyi müzakirə edəcəyik. Bu vaxta qədər 6 trilyon dollarlıq səhv edilib. Əvvəlcə bunu həll edəcəm. Əvvəldən ora girməməli idik".
ABŞ lideri Ərdoğanla görüşdən sonra qolf oynamağa gedəcəyini bildirib: "Ərdoğanla görüşdən sonra "Trump National Golf Club"a gedib Tayqer Vuds və Dastin Consonla qolf oynayacam".