Trampdan yenə QEYRİ STANDART DAVRANIŞ

Baxış sayı:
2821

Dünya liderləri ilə görüşlərində nümayiş etdirdiyi qeyri-standart davranışlara görə, diqqət mərkəzində olan ABŞ prezidenti Donald Tramp, son olaraq Ağ Evi ziyarət edən Fransa prezidenti Emmanuel Makronun kürəyindəki kəpəyi təmizləyib.
 
Donald Tramp, həyat yoldaşı Melania Trump ilə birlikdə Ağ Evdə qəbul etdiyi Fransa prezidenti Emmanuel Makron və xanımı Brigitte Makronu görkəmli bir mərasimlə qarşılayıb.
Mərasimdən sonra iki lider Ağ Evdəki Oval Ofisə keçib. Burada ABŞ və Fransa arasındakı əlaqələrin nə qədər yaxşı olduğundan bəhs edən Donald Tramp, Makrona "Cənab prezident, hər kəs nə mükəmməl bir münasibətimizin olduğunu deyir. Bu da doğrudur, bu yalan xəbərlərdən deyil. Sizi burada qəbul etmək böyük bir şərəfdir. Çox xüsusi bir əlaqəmizin olduğu doğrudur" dedikdən sonra, sağ əlini Makronun çiyninə atıb. İşarə barmağı ilə bir neçə dəfə Makronun çiyinlərini təmizləyən Tramp, "Kiçik bir kəpək hissəsi təmizlədim. Çünki hər şeyi mükəmməlləşdirmək lazımdır. Bax, indi əlasan" deyib.
Müxalifət.az