Trampdan xoşum gəlir - Yunker

Baxış sayı:
184

Donald Trampla yaxşı münasibətlərim var.
Muxalifet.az xəbər verir ki, bu sözləri Avrokomissiyanın rəhbəri Jan Klod Yunker deyib.
“Bir insan kimi o, mənim xoşuma gəlir. Əgər bir insanla şəxsi münasibətləriniz yaxşıdırsa, ən çətin danışıqlar da asan olur. Amerikan lideri həmsöhbətlərinin ona “Sən səhvsən!” deməsinə öyrəşməyib”, - deyə Yunker bildirib.
Avropalı diplomat eyni zamanda əlavə edib ki, amerikalılarla görüşdə Avropa reallıqlarını onlara çatdırmaq lazımdır. Yunker hesab edir ki, amerikalılar Avropa reallığı ilə tam olaraq tanış deyil.