Trampdan Türkiyəyə SAVAŞ ÇIXARDACAQ SÖZLƏR: Məhv edərəm!

Baxış sayı:
7915

ABŞ prezidenti Donald Tramp Türkiyəni növbəti dəfə təhdid edib.
Muxalifet.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Tramp "sərhədləri keçəcəyi” halda Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiq ediləcəyini açıqlayıb.
“Daha əvvəl güclü bir şəkildə ifadə etdim, indi bir daha təkrarlamaq üçün söyləyirəm: Türkiyə mənim dərin və bənzərsiz anlayışıma görə, sərhədlərin xaricində olduğunu düşündüyüm bir şey edərsə, Türkiyənin iqtisadiyyatını məhv edərəm və yox edərəm”, - Tramp tvitterdə yazıb.
ABŞ-ın İŞİD “xilafət”ini 100 faiz yox edərək onlardan gözləniləndən daha çoxunu etdiyini bildirən prezident Türkiyənin Avropa və digər ölkələr tərəfindən tutulan İŞİD döyüşçüləri və ailələrinə göz-qulaq olmalı olduğunu qeyd edib.