Trampdan Türkiyəyə “Qaşıqçı” təklifi

Baxış sayı:
3388

ABŞ prezidenti Tramp, Səudiyyə Ərəbistanlı ən üst səviyyə bir şəxslə Qaşıqçı məsələsini danışdığını bildirib.
 
 Qaşıqçı hadisəsi ilə bağlı Səudiyyə Ərəbistandan kiminlə danışdığını söyləməyən Tramp, "Bu çox kədərli bir vəziyyətdir, çox pis bir vəziyyətdir. Belə bir şeyin bir jurnalistin və ya hər hansı bir kimsənin başına gəlməsinə icazə verə bilmərik" deyib.
"Bu vəziyyət Ağ Evdə bizim üçün çox önəmli bir məsələdir. Sonuna qədər gedəcəyik" deyən Tramp, mövzuya bağlı olaraq Türkiyə ilə birgə çalışaraq hadisəyə aydınlıq gətirə biləcəklərini deyib.
 
QAŞIQÇININ NİŞANLISINI AĞ EVƏ DƏVƏT ETMİŞİK
 
Tramp həmçinin Qaşıqçı-nın nişanlısı ilə danışdıqlarını dilə gətirərək, onu Ağ Evə dəvət etdiklərini bildirib.
 Tramp, “Bunu kimin etdiyini tapacağıq. Anladığımız qədərilə Qaçıqçı konsulluğa girib, amma bir daha çıxmayıb" deyə söyləyib.
Müxalifət.az