​Trampdan təhdid: “Ya razı olacaqsınız, ya da ki...”

Şimali Amerika Azad Ticarət Zonası (NAFTA) ilə bağlı yeni müqavilə imzalanmalıdır.
Bunu “Foks Nyus”a müsahibəsində ABŞ Prezidenti Donald Tramp söyləyib. Onun sözlərinə görə, Kanada və Meksika ilə mövcud müqavilə ABŞ-a münasibətdə çox ədalətsizdir.
O, yeni razılaşmanın imzalanmayacağı təqdirdə ABŞ-ın NAFTA-dan çıxacağını bildirib.
Qeyd edək ki, NAFTA 1994-cü ildə yaradılıb.