Trampdan sürpriz Putin AÇIQLAMASI

ABŞ Prezidenti Donald Tramp Vyetnamda keçiriləcək Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq təşkliatının liderlər sammitində Rusiya prezidenti Vladimir Putin ilə bir araya gələ biləcəyini deyib.
Tramp Putinlə görüşün Şimali Koreya və Suriya böhranının həllinə yardımçı ola biləcəyini vurğulayıb.
 
PUTİN ÇOX ƏHƏMİYYƏTLİDİR
 
Fox News-a açıqlama verən ABŞ prezidenti Tramp "Putin ilə söhbətimiz ola bilər. Putin çox mühümdür, çünki onlar bizə (Rusiya) Şimali Koreya və Suriya məsələlərində kömək edə bilər. Ukrayna haqqında da danışmalıyıq" deyə, fikir bildirib.
Qeyd edək ki, Putin ilə Tramp ilk görüşlərini 7 İyulda G-20 Zirvəsində reallaşdırmışdı. 30 dəqiqə olaraq planlaşdırılan görüş 2 saatdan çox  sürmüşdü.

Müxalifət.az