Trampdan Səudiyyəyə dəstək: 2-ci dəfə veto qoydu

Baxış sayı:
5224

ABŞ prezidenti Donald Tramp Yəməndəki müharibədə ABŞ-ın Səudiyyə Ərəbistanına dəstək verməsinin dayandırılmasını tələb edən qanun layihəsinə veto qoyubedib.
 
Ağ Ev ABŞ prezidenti Tramp tərəfindən Senata göndərilən veto məktubunu yazılı bir açıqlama ilə bəyan edib.
 
"Təhlükəli bir Təşəbbüs"
 
"Bu qanun layihəsi mənim konstitusiin səlahiyyətlərimi zəiflətmək üçün atılan lazımsız və təhlükəli bir təşəbbüsdür. Bu qanun layihəsi Amerika xarici siyasətinə də zərər verə bilər" deyə məktubda qeyd edilib.
ABŞ-ın Yəməndə olması səbəbini “Əl-Qaidə ilə mübarizə aparmaq” kimi izah edən Tramp, ABŞ-ın Yəməndə hərbi əməliyyatların bir tərəfi olmadığını iddia edib.
Səudiyyə liderliyindəki koalisiyanın Yəməndə başlatdığı müharibənin heç bir mərhələsində heç bir amerikan əsgərinin olmadığını iddia edən Tramp, bu yöndə Səudiyyə Ərəbistanına dəstək vermələrinin haqlı səbəblərinin olduğunu söyləyib.
Qeyd edək ki, Yəməndə Səudiyyə Ərəbistanına dəstək verilməsinin dayandırılması üçün təqdim olunan qanun layihəsi 4 apreldə Nümayəndələr Palatasında 175-ə qarşı 247 səslə, martın 13-də isə Senatda 48-ya qarşı 54 səslə təsdiq edilmişdir.
Qanun layihəsi Yəməndəki döyüşlərdə və ya döyüşə təsir edən bütün ABŞ əsgərlərinin, əl-Qaidə ilə mübarizə edənlər xaricində 30 gün içində çıxarılmasını nəzərdə tutub.
Veto səlahiyyətini ikinci dəfə vəzifə müddətində istifadə edən Tramp, daha əvvəl ABŞ-Meksika sərhədinin divarlarının inşa edilməsinə qadağa qoyan qanun layihəsini veto etmişdi.

Müxalifət.az