​Trampdan sərt Türkiyə tviti: "CASUSUN BÖYÜYÜ MƏNƏM...”

Baxış sayı:
1573

ABŞ Prezidenti Donald Tramp Fətullahçı və PKK terror təşkilatları ilə əlaqədə ittiham olunan ABŞ vətəndaşı, keşiş Endryu Kraiq Brunson haqqında fikirlərini bölüşüb.
Teleqraf.com xəbər verir ki, o, fikirlərini Tvitter hesabında paylaşıb.
Tramp Türkiyədən ekstradisiyasını istədiyi Brunsonun həbsdə qalmasına sərt reaksiya verib:
“Amerikada yaxşı insan və xristian lideri olan keşiş Brunson səbəbsiz Türkiyədə ittiham olunur. Ona casus deyirlər, mən ondan daha çox casusam. Ümid edirəm ki, evinə və ailəsinə dönməsinə icazə veriləcək”.