Trampdan sərt açıqlama: GENERALLARIMIZ BACARMADI

Baxış sayı:
10966

ABŞ prezidenti Tramp Ağ Evdəki kabinet konfransında sualları cavablandırıb.
 
Əfqanıstan ilə bağlı bir suala cavab verən Tramp, "Generallrımız istədikləri bütün pulları verdim, ancaq Əfqanıstanda yaxşı işlər görə bilmədilər, Əfqanıstanda 19 ildir mübarizə apardılar" deyib. O, keçmiş müdafiə naziri Ceyms Mattisin 700 milyard dollar məbləğində müdafiə büdcəsi üçün ona təşəkkür etdiyini xatırladıb: "Amma mənim üçün nə etdi? Əfqanıstanda nə etdi? O çox yaxşı deyildi. Əfqanıstanda etdiyi işlərlə razı deyiləm”.
Əfqanıstanda bundan sonra nə edəcəkləri haqda suala Tramp, "Biz doğru bir şey edəcəyik, Talibanla danışırıq, orada Hindistan var, Rusiya var. Keçmiş SSRİ Əfqanıstanda döyüşdükləri üçün iflas edib, Rusiya oldular” deyə cavab verib.
 Taliban və ABŞ-ın Əfqanıstanda İŞİD-a qarşı mübarizə apardıqlarını söyləyən Tramp, bunları deyib: "Taliban və İŞİD bizim düşmənimizdir, keçən həftə generallara dedim ki, Taliban və İŞİD arasında qarşıdurma var. Biz niyə onların arasında qalmalıyıq. İmkan verin onlar bir-birilə döyüşsünlər. Bu mənim gördüyüm ən dəhşətli şeydir. Kim bilir, bəlkə də general olsaydım, çox yaxşı bir general olardım".
Müxalifət.az