​Trampdan Şimali Koreyaya sürpriz: ORDU ÇIXARILIR...

Baxış sayı:
2926

Prezident Donald Tramp ABŞ-ın Cənubi Koreyadakı hərbi qüvvələrinin sayının azaldılması barədə təlimat verib.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, Tramp Şimali Koreya lideri Kim Çen İnlə görüşdən əvvəl Pentaqondan Cənubi Koreyadakı hərbi qüvvələrin sayının azadılması ilə bağlı variantlar hazırlanmasını istəyib.
Prezidentin qərarının görüşdə “bazarlıq məsələsi” olmadığını yazan qəzet qeyd edir ki, Koreya yarımadasında 20 min hərbçi saxlamaq Şimali Koreya və ABŞ arasında növbəti gərginliyə səbəb ola bilər. Mənbə bununla bağlı qərarın bir müddət əvvəl rəsmi Seul və Vaşinqton arasında keçirilmiş görüşdə razılaşdırıldığını iddia edir.
Pentaqon hələlik yayılan məlumatlara açıqlama verməyib. Lakin Pentaqonun sözçüsü general-polkovnik Kris Yonap ABŞ-ın Cənubi Koreyadakı hərbi qüvvələrin sayının azaldılmasının müzakirə mövzusu olmadığını bildirib.
Digər yandan, Cənubi Koreya Dövlət Departamentinin sözçüsü Yun Yunq-Çan yayılmış iddiaları təkzib edib və bunun həqiqəti əks etdirmədiyini diqqətə çatdırıb.
Qeyd edək ki, Donald Tramp qarşıdakı həftələrdə Kim Çen İnlə görüşəcək. Görüşün tarixi məlum deyil.