​Trampdan Rusiyaya ŞOK TƏKLİF: Yarışı dayandıraq?

Baxış sayı:
4108

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə aralarındakı gərginliyə dair növbəti dəfə açıqlama verib.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, ABŞ prezidenti bu dəfə əvvəlki sərt çıxışının əksinə olaraq Rusiyaya barışıq təklif edib:
“Rusiya ilə münasibətlərimiz heç vaxt bu qədər bərbad olmamışdı. Buna nə ehtiyac var?! Rusiyanın iqtisadiyyatını düzəltmək üçün bizə ehtiyacı var. Hamımız birlik olmalıyıq. Silah yarışını dayandıraqmı?”
Qeyd edək ki, Donald Tramp bundan öncə Rusiyanın Suriyaya atılacaq raketləri vuracağı ilə bağlı çıxışına cavab verərək Moskvanı hazır olmağa çağırıb.