​Trampdan Rusiyaya jest: sanksiya tətbiq edilmədi

Baxış sayı:
7651

Ağ Ev rəhbərliyi Rusiyaya əlavə sanksiyalar tətbiq etməyi düşünür, qısa müddət ərzində bu məsələdə bir qərar veriləcək.
Muxalifet.az xəbər verir ki, bu sözləri Ağ Ev sözçüsü Sara Sanders söyləyib. Sanders sanksiya tətbiqinin müzakirə edildiyini, ancaq hələ də bir qərar verilmədiyini, ancaq qısa zamanda qərar çıxarılacağını bəyan edib.
Qeyd edək ki, ötən gün ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Rusiyaya qarşı yeni sanksiyaların bu gün tətbiq ediləcəyini bildirib.
ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini təxirə salıb.