Trampdan Ərəb Krallara təhdid: “Fələstinə xəyanət etməzsəniz taxtınızı itirərsiniz”

Baxış sayı:
4453

 ABŞ-ın "Əsrin Müqaviləsi” adını verdiyi Fələstin-İsrail sülh planının açıqlanmasına bir aydan az bir müddət qalmış, Tramp rəhbərliyi ərəb liderlərinə sülh planına dəstək verməsi məsələsində təzyiq göstərməyə başlayıb.
 
İsrailli jurnalist Edy Koen Tramp rəhbərliyinin Fələstinə xəyanəti qəbul etmədikləri təqdirdə ərəb hökmdarlarını yıxmaqla təhdid etdiyini bildirib.
 
"HAMINIZI DEVİRƏRƏM”
 
 Koenin "Ərəb krallarının taxtı təhlükədədir" başlıqlı yazısına görə, ABŞ prezidenti Donald Tramp ərəb liderlərə zəng edərək “Əsrin Müqaviləsi”ni təsdiq etməyən ərəb liderlərə biganə qalmayacağını bildirib.
 "Ərəb krallarının 2 seçimi var: Ya müqaviləni təsdiq edəcəklər, ya da Ağ Evi qarşılarına alacaqlar" deyə qeyd olunan xəbərdə, Trampın müqaviləni dəstəkləməyən hər prezident və Ərəb Kralını məqamından endirməklə təhdid etdiyi qeyd edilib.
Trampın "Hamınızı devirərəm" mesajı verdiyi ifadə edilib.
Müxalifət.az