Trampdan Qüds qərarı: AÇILIŞDA İŞTİRAK ETMƏYƏCƏK

Baxış sayı:
5494

 ABŞ prezidenti Donald Trampın, Qüdsə köçürülən səfirlik binasının açılışında iştirak etməyəcəyi, yerinə qızı Ivanka Tramp, kürəkəni Jared Kuşner və xəzinə nazirini göndərəcəyi bildirilib.
 
Ağ Ev, 14 mayda ABŞ-ın Qüdsdəki yeni səfirlik binasının açılışının keçiriləcəyini qeyd edib. Açılışa xarici işlər nazirinin müavini Con Sullivanın rəhbərlik etdiyi nümayəndə heyətinin qatılacağı açıqlanıb.
 Ağ Evdən verilən yazılı açıqlamada, 14 mayda Qüdsdə açılacaq səfirlik binası üçün keçiriləcək mərasimdə iştirak edəcək nümayəndə heyətlərinin siyahısında Tramp yer almayıb.
 
TRAMPIN QIZI VƏ KÜRƏKƏNİ AÇILIŞA GEDƏCƏK
 
Açıqlamaya görə, ABŞ nümayəndə heyətinə xarici işlər nazirinin müavini Con Sullivan sədrlik edəcək. Trampın qızı Ivanka Tramp ilə kürəkəni və müşaviri Jared Kuşnerin də iştirak edəcəyi heyətdə, ABŞ-ın İsrail səfiri Devid Fridman, ABŞ xəzinə naziri Stiven Mnuchin və Trampın Beynəlxalq Danışıqlar üzrə xüsusi nümayəndəsi Jason Greenblatt da yer alacaq.
Daha əvvəlki çıxışlarında səfirlik binasının açılışına qatılacağını dilə gətirən Trampın siyahıda olmaması və onun yerinə ABŞ prezidentinin İsrail ilə yaxınlıq münasibətlərində mühüm yer tutan qızı ilə kürəkəninin adlarının heyətdə olması diqqət çəkib.
Müxalifət.az