​Trampdan qorxunc açıqlama: “TƏYYARƏ GƏMİLƏRİNİ GÖNDƏRDİK”

Muxalifət.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın, Şimali Koreyanın raket testləri və nüvə proqramına qarşı, 12 günlük Asiya səfəri davam edir. Amerika donanması bölgədə gərginliyi artıracaq bir həmlə edib.
ABŞ-ın üç təyyarə gəmisi Sakit okeanın qərbində təlimlərə hazırlaşır. “US Nimitz”, “Ronald Reyqan” və “Teodor Ruzvelt” adlı təyyarə gəmilərini köməkçi hərbi gəmilər müşayiət edəcək.
Cənubi Koreyanın paytaxı Seulda olan Tramp Şimali Koreyanı hədəfə alaraq deyib: “Böyük bir güc göstərdiyimizi düşünürəm. Koreya yarımadasına dünyanın ən böyük təyyarə gəmilərini göndərdik və bir nüvə sualtı qayığı buradadır. İlahiyə ümid edirəm ki, heç vaxt istifadə etmək məcburiyyətində qalmarıq”.
Şimali Koreyanın yüksək vəzifəli şəxsləri isə ABŞ-ın CNN kanalına müsahibəsində bildiriblər: “ABŞ yeni bir Koreya müharibəsi başlamaq üzrədir. Heç kim müharibə manyakı olan Tramın hərb fitilini nə vaxt və necə yandıracağını bilmir”.