Trampdan Qaşıqçıya görə Səudiyyəyə “Magnitsky” qərarı tələb olundu

Baxış sayı:
3031

ABŞ Senatının Xarici Əlaqələr Komitəsi, ABŞ prezidenti Donald Trampın, Səudiyyə Ərəbistanının İstanbul Konsulluğuna daxil olduqdan sonra xəbər alınmayan Camal Qaşıqçı-nın aqibəti haqqında "Qlobal Magnitsky İnsan Haqları Məsuliyyət Qanunu" çərçivəsində istintaq açılmasını tələb edib.
 
Xarici Əlaqələr Komitəsinin sədri Tennessi Ştatının senatoru Respublikaçı Bob Corker, komitənin stajlı üzvü Nyu-Cersi senatoru Demokrat Bob Menendez, komitə üzvü Cənubi Karolinanın senatoru Respublikaçı Linsdey Qrehem ilə komitəyə bağlı Dövlət Təsisatları Alt Komitəsinin sədri, Vermont senatoru Demokrat Patrik Leahy, Camal Qaşıqçı-nın aqibətilə bağlı prezident Trampa bir məktub göndərib.
Kentucky senatoru Respublikaçı Rand Pol-dan başqa, bütün komitə üzvlərinin imzaladığı məktubda, "Qlobal Magnitsky İnsan Haqları Məsuliyyət Qanunu” çərçivəsində cənab Qaşıqçı-ya münasibətdə hər hansı bir hüquq pozuntusunda rolu olan xarici şəxslərə qarşı sanksiya tətbiqi barədə qərar verməyinizi tələb edirik" deyə bildirilib.
Senatorların məktubunda, "Gözləntimiz, qərarınızı verərkən Səudiyyə Ərəbistanı hökumətinin ən yüksək səviyyəli rəsmilərinə dair məlumatları da nəzərə almanız yönündədir" deyə qeyd edilib.
Müxalifət.az