Trampdan “Qaşıqçı” açıqlaması

Baxış sayı:
3277

ABŞ rezidenti Donald Tramp, Səudiyyə Ərəbistanının, jurnalist Camal Qaşıqçı-nın öldürülməsi ilə bağlı araşdırmaya dair verdiyi açıqlamadan razı olmadığını bildirib.
 
Tramp, Ər-Riyad rəhbərliyinin istintaq üçün bir aylıq müddət istədiyini bildirərək, "Bu çox uzun bir müddətdir, buna ehtiyac yoxdur" deyib.
Qeyd edək ki, daha əvvəl Səudiyyə Ərəbistanının Camal Qaşıqçı-nın öldürülməsinə dair verdiyi açıqlamanın "etibarlı" olduğunu bildirən Tramp, bu dəfəki açıqlamadan razı qalmadığını bildirib.
İstintaq üçün Türkiyədə yüksək səviyyəli ABŞ rəsmilərinin olduğunu ifadə edən Tramp, "Bu axşam, ya da sabah səhər bu yüksək səviyyəli rəsmilər qayıdacaq, amma həm Türkiyədə, həm də Səudiyyə Ərəbistanında səlahiyyətlilərimiz var" deyə söyləyib.
Müxalifət.az