Trampdan "Qaşıqçı" açıqlaması: Əgər məlumatları olubsa...

Baxış sayı:
11122

ABŞ prezidenti Donald Tramp, Ağ Evə yaxınlığı ilə tanınan Fox TV kanalına, 2 oktyabrda rəsmi prosedurlar üçün Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğuna gedəndən sonra bir daha ondan xəbər alınmayan jurnalist Camal Qaşıqçı-nın “yox” olmasına dair açıqlama verib.
 
Xarici işlər naziri Mayk Pompeonun, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gedərək vəliəhd şahzadə Məhəmməd bin Salmanla bir araya gəldiyini bildirən Tramp, "Hazırda vəliəhd şahzadə Kral ilə birlikdə, nə baş verdiyini anlamağa çalışır. Çox şey müəyyən olunacaq" deyib.
“Türkiyə güclü bir şəkildə məsələni araşdırır" deyən Tramp, "Hamımız birlikdə baxırıq. Türkiyə və Səudiyyə Ərəbistanı güclü bir şəkildə məsələni araşdırır. Qaşıqçı hadisəsinə reaksiyam, Kral və vəliəhd şahzadənin məsələni bilib bilməməsinə bağlıdır. Əvvəla, nə oldu? Ya da onlar bilirdilərmi? Əgər məlumatları daxilində oldusa bu, çox pisdir" deyə söyləyib.
Qeyd edək ki, ABŞ prezidenti Tramp, bu açıqlamadan bir neçə saat əvvəl şahzadə bin Salman ilə telefon danışığı apardığını və görüşdə bin Salmanın ona Qaşıqçı-nın itkin düşməsilə bağlı İstanbuldakı konsulluq binasında nə olduğuna dair məlumatı olmadığını söylədiyini bildirmişdi.
Müxalifət.az